
Tehran avqustun sonunadək nüvə sazişi ilə razılaşmadığı təqdirdə, “Avropa üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) İrana qarşı sanksiyaları yeniləmək üçün BMT-yə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti üç ölkənin xarici işlər nazirlərinin BMT-nin baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasına məktubuna istinadla məlumat yayıb.
Məktuba əsasən, İran 2025-ci ilin avqust ayının sonuna qədər nüvə məsələsində həllə nail olmaq istəməsə, London, Paris və Berlin BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyalarını bərpa edəcək.
Bu məktubu Böyük Britaniya, Fransa və Almaniya XİN rəhbərləri Devid Lemmi, Jan Noel Barro və İohann Vadeful imzalayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz