“Qarabağ”la oyun bizim üçün məyusedici ola bilər”


UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubuna böyük hesabla qalib gələn “Qarabağ” klubunun pley-off mərhələsindəki rəqibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Ludoqorets” klubunu 3:0 hesabı ilə məğlub edən Macarıstanın ”Ferencvaroş” klubu “Qarabağ”ın rəqibi olub.
“M4sport.hu” portalı xəbər verir ki, “Ferensvaroş”un baş məşqçisi Robbi Kin “Ludoqorets”lə maçtdan sonra mətbuat konfransı keçirib.
Təcrübəli mütəxəssis jurnalistlərin komandanın növbəti rəqibi ilə bağlı sualını da cavablandırıb.
O, Qarabağla “pley-off” qarşılaşmasının o qədər də asan olmayacağını bildirib:
“Biz bu qələbədən həzz almalıyıq, çünki növbəti oyun bizim üçün məyusedici ola bilər”, - baş məşqçi qeyd edib.
Kin oyunçuları ilə Çempionlar Liqasının himnini meydandan eşitmək üçün nə etməli olduqlarını müzakirə etdiklərini də bildirib.
“Hər kəs bu səviyyədə nəyin təhlükə altında olduğunu bilir. Mən orada olmuşam, bunun nə hiss olduğunu bilirəm və onların da bunu hiss etmələrini istəyirəm. İndi bütün diqqətlər şənbə günü və gələn həftə keçiriləcək oyuna yönəlib”, - Kin qeyd edib.
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” “Ferensvaroş”la avqustun 19-da Budepeştdə qarşılaşacaq. Avqustun 27-i cavab oyununda isə “Qarabağ” “Ferensvaroş”u Bakıda qəbul edəcək.

DİGƏR XƏBƏRLƏR

Top