Azərbaycanlı turistlər hansı ölkələrdə nə qədər pul xərcləyiblər? – Siyahı


Bu ilin ilk yarısında turist kimi xarici ölkələrə gedən 283 min 135 nəfər Azərbaycan vətəndaşı ümumilikdə 514 milyon 692,1 min manat xərcləyib.
Yeniavaz.com
xəbər verir ki, xaricə gedən azərbaycanlı turistlərin adambaşına düşən xərcləri 1 818 manat olub.
Qeyd edək ki, azərbaycanlı turistlərin xərcləri arasında ilk sırada nəqliyyat xərcləri yer alır. Ümumi xərclərin 36%-ni və ya 185 milyon manatını nəqliyyat xərcləri təşkil edib.
Bu ilin ilk yarısında azərbaycanlı turistlərin xaricdə xərcləmələri aşağıdakı kimi olub:
Nəqliyyat xərcləri – 184,6 milyon manat;
Yerləşmə xərcləri – 120,7 milyon manat;
Qidalanma xərcləri – 99,7 milyon manat;
Malların və hədiyyələrin alınması – 83,3 milyon manat;
Turizm zərflərinin alınması xərcləri – 15,7 milyon manat;
İdman və əyləncə xərcləri – 3,2 milyon manat;
Mədəniyyət xərcləri – 1,5 milyon manat;
Nəqliyyat vasitələrinin icarəyə götürülməsi – 0,8 milyon manat;
Digər xərclər – 5 milyon manat.


Onu da bildirək ki, Azərbaycandan gedən turistlər ən çox Yaponiyada pul xərcləyiblər. Bu ilin ilk yarısında Yaponiyaya 41 nəfər azərbaycanlı turist gedib və onların hər biri orta hesabla 3 700 manat xərcləyib. Ən az pul xərcləyənlər isə Türkmənistana səfər edən turistlər olub. Türkmənistana 6 ay ərzində 3 545 azərbaycanlı turist gedib və onların hər biri 1 100 manat xərcləyib.
Azərbaycanlı turistlərin səfər etdikləri əsas ölkələr və xərclədikləri məbləğ aşağıdakı kimi olub:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top