Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi – Video


Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Seymur Cəfərov saxlanılıb.
Yeniavaz.com
qurumun yaydığı məlumata istinadla xəbər verir ki, sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
“Məhkəmənin qərarı ilə S.Cəfərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 gün inzibati qaydada həbs edilib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top