
“Sea Breeze” MMC-nin (VÖEN – 1404047071) dövlət büdcəsinə ümumilikdə 36 min 22 manat 77 qəpik vergi borcu var.
Yeniavaz.com xəbər verir ki, 2017-ci ildə dövlət qeydiyyatına alınan “Sea Breeze” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir.
Qeyd edək ki, “Nəsimi rayonu, Hüseynbala Əliyev 3 MK, ev 4, m. 83” ünvanında qeydiyyatda olan MMC-nin qanuni təmsilçisi Zotov Roman Aleksandroviçdir.
Onu da bildirək ki, ümumilikdə 36 min 22 manat 77 qəpik vergi borcu olan MMC məşhur “Sea Breeze” istirahət zonası ilə eyniadlı olsa da, şirkətlər fərqli şəxslərə məxsusdurlar. Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze” istirahət zonası Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur.
Elnur Əli