“Elan saytlarında vətəndaşları aldadan şəxs tutulub” – DİN


Elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynovun saxlanıldığı bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirən və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirən O. Hüseynov saxlanılıb.
“Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top