
22 yaşdan kiçik kişilərə Ukraynadan kənara səyahət etmək icazəsi verilə bilər.
Yeniavaz.com “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu təkliflə ölkə Prezidenti Volodimir Zelenski “Gənclər burada” forumunda çıxış edib.
“Hazırda 18 yaşa qədər məhdudiyyətlər var, mən onu 22 yaşa qaldırmağı təklif edirəm ki, sərhədi keçərkən heç bir məhdudiyyət olmasın”, - Zelenski deyib.
Onun sözlərinə görə, bu, bir çox ukraynalıya Ukrayna ilə əlaqələri saxlamağa və Ukraynada təhsil almağa kömək edəcək.