
Rusiya Dövlət Dumasının reqlamentə etdiyi dəyişikliklərə əsasən, üzrsüz səbəbə görə plenar iclasya gəlməyən deputatlara qarşı cərimə tətbiq ediləcək. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, belə ki, üzrsüz səbəbə görə iclasa gəlməyən deputatların məvacibi azaldılacaq. Hər buraxılan plenar iclasına görə deputatın maaşının altıda bir hissəsi kəsiləcək. Ay ərzində Dövlət Dumasının altı plenar iclası keçirilir.
Tətbiqimizi yükləyə bilərsiniz