
İsveçrə Avropa İttifaqının (Aİ) 18-ci sanksiyalar paketinə qismən qoşularaq Rusiyaya qarşı öz sanksiyalar siyahısını genişləndirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsveçrə hökumətinin mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
Məlumata görə, siyahıya 14 fiziki və 41 hüquqi şəxs, habelə üçüncü ölkələrin 105 mülki gəmisi daxil edilib.
Bundan əlavə, 26 şirkət daha sərt ixrac nəzarəti məhdudiyyətlərinə məruz qalıb.
Sanksiyalar avqustun 12-də saat 23:00-da (Bakı vaxtı ilə 13 avqust saat 01:00) qüvvəyə minir.
Bundan əlavə, ölkə Rusiya neftinin qiymət tavanını 47,6 dollara endirib.
Tətbiqimizi yükləyə bilərsiniz