Qəzzada daha 5 nəfər aclıqdan ölüb – İkisi uşaqdır


Qəzza zolağında ərzaq böhranı səbəbindən ölüm halları davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qidalanma çatışmazlığından ölənlərin sayı 227-yə çatıb və onlardan 103-ü uşaqdır.
Qeyd olunub ki, son 24 saat ərzində aclıq və qidalanma çatışmazlığı nəticəsində beş ölüm faktı qeydə alınıb ki, onların da ikisi uşaqdır.
Qəzza rəsmilərinin məlumatına görə, 2025-ci ilin əvvəlindən bəri Qəzzada aclıqdan 173 nəfər, 2024-cü ildə 50 nəfər, əvvəlki il isə 4 nəfər ölüb.

DİGƏR XƏBƏRLƏR

Top