Şəhid İlyas Mayılovun anası dünyasını dəyişdi


Birinci Qarabağ müharibəsinin şəhidi İlyas Mayılovun 80 yaşlı anası Tamara Mayılova dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, o, ölümündən bir müddət əvvəl övladının Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib.
Bildirilir ki, T. Mayılova xəstə olduğu üçün uzun müddətdir ki, övladının məzarını ziyarət edə bilmirdi. Lakin dünyasını dəyişməmişdən bir müddət əvvəl ananın bu arzusu yerinə yetirilib və o, çətinliklə də olsa, Şəhidlər Xiyabanına gedərək övladının məzarını ziyarət edib.
Allah rəhmət eləsin!


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top