Bu tibb mərkəzlərinə yeni direktorlar təyin olundu


TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Xəzər Tibb Mərkəzinə Mübariz Ağayev, Suraxanı Tibb Mərkəzinə isə Tərlan Bəbirov rəhbərlik edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.
Məlumata görə, Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək M.Ağayev ixtisasca pediatrdır və yeni təyinata qədər TƏBİB-də İxtisaslı tibbi xidmətin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin müdiri vəzifəsini icra edib.
Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək T.Bəbirov isə ixtisasca pediatrdır və yeni təyinatadək Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsini yerinə yetirib.

DİGƏR XƏBƏRLƏR

Top