
Bu ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,1 milyard manatlıq, o cümlədən 19,3 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4%, qeyri-ərzaq malları üzrə 6,7% artıb.
Qeyd edək ki, ən böyük artım əczaçılıq malları və tibbi ləvazimatların satışında qeydə alınıb. Belə ki, bu ilin ilk 7 ayı ərzində əhaliyə 870,8 milyon manatlıq əczaçılıq malları və tibbi ləvazimatlar satılıb və ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 18,4% artıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk 7 ayında istehlakçılara 735,1 milyon manat dəyərində əczaçılıq malları və tibbi ləvazimatlar satılıb.
Elnur Əli