
“Apple” süni intellekt (AI) sahəsində rəqabəti məhdudlaşdırmaqla antiinhisar qanunlarını pozur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask “X” sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, şirkət “OpenAI”dan başqa heç kimin AI kateqoriyasında tətbiqlərin “App Store” reytinqində birinci yeri tutmasına icazə vermir.
Digər tərəfdən, “X” və ya “Grok” proqramları “App Store”un “Must Have” bölməsinə də daxil edilməyib.
Halbuki, “X” dünyada aparıcı informasiya proqramıdır və “Grok” bütün proqramlar arasında ən populyar beşinci proqramdır.
Maskın yazıb ki, bu vəziyyət antiinhisar qanunlarının açıq şəkildə pozulmasıdır və onun “xAI” şirkəti bununla bağlı tezliklə məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, avqustun 10-da “OpenAI”nin “o3” komandası “Kaggle AI Exhibition” şahmat turnirinin finalında “xAI”ın “Grok 4” komandası üzərində qələbə qazanıb. Yekun hesab 4-0 “o3” komandasının xeyrinə olub. Bu isə “OpenAI”nin həmtəsisçisi Sem Altman və “xAI”ın sahibi İlon Mask arasında uzun sürən rəqabətə yeni bir cəbhə əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz