“Telegram” bu kanalları bloklayacaq


“Telegram” administrasiyası bu həftə doksinq (şəxsi məlumatların qeyri-qanuni dərc etmək) və şantajla (hədə-qorxu gəlmək) bağlı bir çox kanalı bloklayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə messencerin təsisçisi Pavel Durov “Telegram” kanalında məlumat verib.
“20 gün əvvəl dərc etdiyim məqalədən sonra istifadəçilər yüzlərlə fırıldaqçılıqla bağlı şikayətlər göndərdilər. Bu şikayətlər əsasında biz administratorların böhtanlar dərc etdiyi və daha sonra onu zərərçəkənlərin hesabına sildiyi kanalları bloklamağa başladıq”, - Durov bildirib.
O, həmçinin komandasının pozuntularla bağlı təkzibedilməz sübutlara malik olduğunu qeyd edib.
“Yeni kanallar üçün vaxt itirməyin. “Telegram” doksinq və şantaj yeri deyil”, - Durov xəbərdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top