Tramp-Putin görüşündə hava məkanı da bağlı olacaq


Avqustun 15-də ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin görüşü zamanı ABŞ Alyaskanın Ankoric şəhəri üzərində hava məkanını bağlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Amerika hakimiyyəti bu ştatın ən böyük şəhərinin səmasını 30 mil (48,3 kilometr) radiusda və 18 min fut (təxminən 5,5 min metr) hündürlükdə bağlayacaq.
Məhdudiyyətlər bir gün qüvvədə olacaq və avqustun 16-da aradan qaldırılacaq.

DİGƏR XƏBƏRLƏR

Top