
ABŞ Prezidenti Donald Tramp Çinə yeni ticarət tariflərinin tətbiqini daha 90 gün təxirə salıb.
Yeniavaz.com xəbər verir ki, Çin hökuməti də eyni addımı atıb.
Qeyd edək ki, sözügedən tariflərə əsasən bu gündən, avqustun 12-dən etibarən ABŞ-yə idxal edilən Çin məhsullarına 145%, Çinə idxal edilən Amerika məhsullarına isə 125% vergi tətbiq olunacaqdı.
Prezident Trampın avqustun 11-də Ağ Evin internet saytında dərc olunan sərəncamında ABŞ-nin ticarət və iqtisadi əlaqələrdəki problemin həlli üçün Çinlə danışıqları davam etdirdiyi və Çinin mühüm addımlar atdığı, bu səbəbdən yeni tarifin tətbiqinin 10 noyabr 2025-ci il tarixinədək dayandırıldığı qeyd edilib.
Çinin Ticarət Nazirliyi də avqustun 12-də ABŞ-yə yeni tariflərin tətbiqini dayandıracağını açıqlayıb.