Tramp Obama və Buşun portretlərini Ağ Evin girişindən yığışdırdı


ABŞ Prezidenti Donald Tramp ABŞ-nin keçmiş liderləri Barak Obama, böyük Corc Buş və kiçik Corc Buşun portretlərinin Ağ Evin ziyarətçilər üçün bağlı olan hissəsinə köçürülməsinə göstəriş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadla CNN telekanalı məlumat yayıb.
Məlumata görə, əvvəllər Ağ Evin girişində yerləşdirilən Vaşinqton administrasiyasının 44-cü rəhbəri Obamanın portreti şəxsi iqamətgaha aparan möhtəşəm pilləkənin yuxarı hissəsinə köçürülüb.
Bu ərazi ziyarətçilər üçün tamamilə bağlıdır və bura giriş üçün yalnız prezident ailəsinin üzvlərinə, ABŞ Məxfi Xidmətinin əməkdaşlarına və Ağ Evin məhdud sayda əməkdaşlarına icazə verilir.
Mənbə qeyd edib ki, böyük və kiçik Corc Buşların portretləri də prezident iqamətgahının bu hissəsinə köçürülüb.
CNN qeyd edir ki, bu addım ABŞ-nin hazırkı prezidenti ilə bu yaxınlarda vətənə xəyanətdə ittiham etdiyi keçmiş ABŞ lideri Barak Obama arasında uzun müddətdir davam edən gərginliyi ifadə edir.
Televiziya şirkəti bildirir ki, Trampın Buş ailəsi ilə münasibətləri də uzun müddətdir davam edən ziddiyyətlərə malikdir. Corc Buş və həyat yoldaşı bu il Trampın andiçmə mərasimində iştirak etsə də, sonrakı tədbirlərdə iştirak etməyib.
Telekanalın mənbələri bildiriblər ki, Tramp Ağ Evin interyerindəki bütün dəyişikliklərə ən xırda detallarına qədər şəxsən nəzarət edir.
Qeyd edək ki, Ağ Evin protokoluna əsasən, son prezidentlərin portretləri rəsmi tədbirlərdə qonaqlar və turistlər tərəfindən görülməsi üçün binanın girişində görkəmli yerlərdə yerləşdirilməlidir.

DİGƏR XƏBƏRLƏR

Top