
Bu ilin ilk yarısında dövlət büdcəsindən dövlət borcu üçün 1 milyard 27,5 milyon manat vəsait xərclənib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, daxili dövlət borcu üzrə 328,7 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə isə 698,8 milyon manatın (əsas borc üzrə 498,5 milyon manat, faiz borcu üzrə 200,3 milyon manat) ödənilməsi təmin edilib.
Dövlət borcu üçün ödənilən vəsait büdcə xərclərinin 6%-ni təşkil edib.
Qeyd edək ki, bu ilin 1 iyul tarixinə olan məlumata görə, Azərbaycanın cəmi dövlət borcu 25 milyard 695,6 milyon manat olub. Bu borcun 17 milyard 177,4 milyon manatı (66,8%) daxili, 5 milyard 10,7 milyon dolları (33,2%-i) isə xarici dövlət borcu olub. Azərbaycanın dövlət borcu Ümumi Daxili Məhsulun (ÜDM) 19,6%-nə bərabər olub.
Elnur Əli