Xırdalanda bu küçələri hər il təmir edirlər – Bu il də olacaq


Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyi teneder müsabiqəsi elan edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsi Xırdalan şəhərində yolların təmiri işlərinin satın alınması ilə bağlıdır.
Qeyd edək ki, tender müsabiqəsinin ehtimal olunan qiyməti 1 milyon 497 min 696 manat 12 qəpik təşkil edir. Müsabiqədə iştirak etmək istəyənlər avqust ayının 18-ə kimi müvafiq sənədləri tender komissiyasına təqdim etməlidirlər.
Məlumat üçün bildirək ki, təmir işlərinin görülməsi nəzərdə tutulan küçələrdən bəzilərində bu proses hər il həyata keçirilir. 2023-cü ildə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhəri üzrə Nümayəndəliyinin analoji (yolların təmiri) tender müsabiqəsinin qalibi “XezerConstruction” MMC, 2024-cü ildə isə “Proqress İnşaat En” MMC olub. İcra hakimiyyəti Xırdalan şəhərində yolların təmiri üçün bu şirkətlərə müvafiq olaraq 1 milyon 261 min manat və 1 milyon 478,6 min manat ödəyib.
Həm 2023-cü, həm də 2024-cü ildə təmir olunan yollar arasında Heydər Əliyev prospekti, H.Z.Tağıyev, Ziya Bünyadov və digər küçələr də olub. Maraqlıdır ki, bu il keçirilən tender müsabiqəsində də adları qeyd olunan küçələrin bəzilərinin yenidən təmir olunması nəzərdə tutulub.


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top