Bu ilin ilk yarısında 42 min insan işsizlər sırasına daxil olub


Dövlət Məşğulluq Agentliyi tərəfindən açıqlanan məlumata görə bu ilin 7 ayında 265,6 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Yeniavaz.com
xəbər verir ki, açıqlanan məlumatda aktiv məşğulluq tədbirləri nəticəsində 93 min şəxsin münasib işlərlə təmin olunduğu qeyd olunub.
Məlumat üçün qeyd edək ki, bu ilin ilk yarısı üçün bu göstəricilər müvafiq olaraq 229,5 min və 74 min şəxs olub.
Onu da bildirək ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda bu ilin ilk yarısında Azərbaycanda iqtisadi fəal əhalinin sayının 32 min nəfər artdığı bildirilib. Eyni zamanda ilin ilk yarısında Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayının 11,9 min artaraq 229,1 min nəfərə çatdığı göstərilib. Bu dövrdə ölkə üzrə qeydə alınan ümumi işsizlərin sayı isə 0,4 min nəfər azalaraq 281,8 min nəfər olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Dövlət Məşğulluq Agentliyi bu ilin ilk yarısında 74 min şəxsin münasib işlərlə təmin olunduğunu, Dövlət Statistika Komitəsi isə qeydiyyatda olan işsizlərin sayının cəmi 0,4 min nəfər azaldığını bildirib.
Əgər, bu ilin ilk yarısında Azərbaycanda iqtisadi fəal əhalinin sayı 32 min nəfər artdığı halda işsizlərin sayında cəmi 0,4 min azalma olubsa, bu o deməkdir ki, 6 ay ərzində məşğul əhalinin sayında 32,4 min artım olub. Göründüyü kimi 6 ay ərzində 74 min şəxsin münasib işlərlə təmin olunması həm də bu ilin ilk yarısında 41,6 min insanın işsizlər sırasına daxil olduğunu göstərir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top