FHN Aran zonasında 2 otaqlı evi 63 min manata tikdirir


Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi “Aypara-İnşaat” MMC (VÖEN – 1002536261) olub.
Tenderin qalibi olan şirkət FHN-in sifarişi əsasında Aran zonasında 3 ədəd 2 otaqlı fərdi yaşayış evi tikəcək və qarşılığında 189 min 355 manat 39 qəpik alacaq.
Açıqlanan məlumatlardan belə görünür ki, FHN 1 ədəd 2 otaqlı fərdi yaşayış evinin tikitisinə 63 min 118 manat xərcləyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 4 manat olan “Aypara-İnşaat” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsliçisi Mikayılov Maarif Aydın oğludur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top