
Türkiyə superliqasının nəhəngi “Qalatasaray” hüquqları İtaliyanın “Milan” klubuna məxsus olan ispaniyalı hücumçu Alvaro Morata ilə müqaviləyə xitam verdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Bununla bağlı “Milan”ın “Qalatasaray”a 5 milyon avro məbləğində təzminat ödəməsi nəzərdə tutulub.
Moratanın təxminən bir ay əvvəl razılığa gəldiyi İtaliyanın “Komo” klubuna keçmək üçün Milana qayıdacağı gözlənilir.
Qeyd edək ki, 2025-ci ilin fevral ayında 32 yaşlı ispaniyalı “Milan”dan “Qalatasaray”a icarəyə verilib. İcarə müddəti 2026-cı ilin yanvarına qədər nəzərdə tutulub.
Morata “Qalatasaray”da oynadığı müddətdə 16 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalının məlumatına görə, futbolçunun transfer qiyməti təxminən 11 milyon avrodur.
Tətbiqimizi yükləyə bilərsiniz