
Bu gün səhər saatlarında Londonun “ICE Futures” birjasında oktyabr fyuçersli Brent markalı neft 0,39 dollar (0,59%) ucuzlaşaraq bir barel üçün 66,2 dollar olub.
Yeniavaz.com xəbər verir ki, eyni saatlarda Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabr fyuçersli WTI markalı neft 0,5 dollar (0,78%) ucuzlaşaraq bir barel üçün 63,38 dollara enib.
Qeyd edək ki, ötən həftə ərzində Brent 4,4%, WTI isə 5,1% ucuzlaşıb.
Ekspertlər bildirir ki, beynəlxalq bazarların diqqəti ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada keçirilməsi planlaşdırılan görüşünə yönəlib.
Bildirilir ki, bazarın ilkin reaksiyası, o cümlədən neft qiymətlərindəki eniş, investorların danışıqlardan irəliləyiş gözlədiyini göstərir. Əgər danışıqlardan müsbət nəticə əldə olunmasa, xam neftin qiymətində yenidən yüksəliş baş verə bilər.
Elnur Əli