Türkiyədə güclü zəlzələ – Binalar dağılıb


Xəbər verdiyimiz kimi, Türkiyənin Balıkəsir rayonunda silsilə zəlzələlər baş verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk olaraq saat 19:53-də maqnitudası 3 baldan yuxarı olan iki təkan qeydə alınıb. Ardınca isə rayon 6,1 bal gücündə güclü zəlzələ ilə sarsılıb.
Fövqəladə Hallar və Fövqəladə Halların Rəhbərliyi (AFAD) zəlzələnin təxminən 11 kilometr dərinlikdə meydana gəldiyini açıqlayıb.
Anadolu Agentliyinin yayımladığı görüntülərdə zəlzələdən sonra bir binanın tamamilə uçduğu, digər binalarda isə ciddi ziyanların yarandığı görünür. Məlumata görə, üç mərtəbəli bir bina çöküb.
Hadisə ilə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.
 

DİGƏR XƏBƏRLƏR

Top