
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin maliyyələşdirilməsinə son qoymağa çalışır.
Yeniavaz.com xəbər verir ki, bu barədə vitse-prezident Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib.
Vensin sözlərinə görə, həm o, həm də prezident Tramp hesab edir ki, Amerika artıq Ukraynanın hərbi sənayesini kifayət qədər maliyyələşdirib.
“Amerikalılar öz pullarını, vergilərini bu münaqişəyə göndərməkdən yorulublar”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl dəfələrlə Avropa ölkələrini Ukraynaya yardıma Vaşinqtondan daha az vəsait ayırdıqları üçün tənqid edib.