BMT Baş Assambleyasında Fələstin dövləti elan edilə bilər – KİV


Fələstin Milli Administrasiyası Fələstin Muxtariyyətinin Fələstin Dövlətinə çevrilməsi və onun sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında birtərəfli qaydada elan edilməsi imkanlarını nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin rəhbərliyinin nümayəndəsi “Al Araby Al Jadeed” qəzetinə danışıb.
“Rəhbərlik Prezident Mahmud Abbasın BMT Baş Assambleyasının sessiyasında Fələstin Muxtariyyətinin birtərəfli dövlətə çevrilməsini elan etməsinin mümkünlüyünü nəzərdən keçirir”, - deyə o bildirib.
Qəzetin mənbəsinin sözlərinə görə, bu addımdan əvvəl Mahmud Abbas konstitusiya bəyanatı verməli və Fələstin Milli Şurasına (Fələstin Azadlıq Təşkilatının parlamenti kimi fəaliyyət göstərir) seçkilərin dəqiq tarixi təyin edilməlidir:
“Konstitusiya bəyanatı prezident tərəfindən dərc olunacaq və Fələstin konstitusiyasının təsdiqindən əvvəl dövlətin sərhədləri, mahiyyəti, məzmunu və konstitusiya əsaslarını təsdiq edəcək. Fələstin Muxtariyyətinin dövlətə çevrilməsi ilə bağlı açıqlama, Abbasın əvvəllər dediyi kimi, 2025-ci ilin sonuna qədər baş tutmalı olan şuraya seçkilərdən əvvəl verilə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top