
Yaponiya boksçuları Hiromasa Urakava və Şiqetoşi Kotari Tokioda keçirilən peşəkar boks turniri zamanı aldıqları xəsarətlərdən bir neçə gün sonra dünyasını dəyişiblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Boks Təşkilatının (WBO) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı boksçuların ikisi də sonuncu WBO döyüşü zamanı məğlubiyyətə uğrayıblar.
“Urakavanın sonuncu qələbəsi bu ilin aprelində Kotari üzərində olub”, - məlumatda qeyd olunur.