
Kamçatkada 6,0 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Petropavlovsk-Kamçatskidən 215 km aralıda baş verib və yeraltı təkanların mənbəsi 33 km dərinlikdə yerləşib.
Xatırladaq ki, iyulun 30-da səhər saatlarında Kamçatka sahillərində güclü zəlzələ baş verib. O, 1952-ci ildən bəri regionda ən güclüsü olub. Səlahiyyətlilərə görə, onun maqnitudası 8,8-ə çatıb.