
Türkiyə meşə yanğınları səbəbindən Çanaqqala boğazını müvəqqəti olaraq gəmilərin keçidi üçün bağlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, yanğınlar Çanaqqala şəhəri yaxınlığında genişlənir və sakinlərin bir hissəsi təxliyə edilib.
Həmçinin yerli hava limanı da sərnişin reysləri üçün bağlanıb.
Qeyd olunur ki, yanğınsöndürənlər xüsusi təyyarə və helikopterlərdən istifadə edirlər.
Qeyd edək ki, Çanaqqala boğazı Egey dənizini Mərmərə dənizi ilə, həmçinin İstanbuldakı Bosfor boğazı ilə birlikdə Qara dənizi dünya okeanlarının qalan hissəsi ilə birləşdirir.
Rəsmi məlumatlara görə, 2024-cü ildə Çanaqqala boğazından təxminən 46 min gəmi keçib.
Tətbiqimizi yükləyə bilərsiniz