Qəzzada son 24 saatda 39 fələstinli öldü


İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində 40-a yaxın fələstinli ölüb, 500-ə yaxın fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində 39 ölü və 491 yaralı Qəzza zolağındakı xəstəxanalara yerləşdirilib”, - nazirlikdən bildirilib.
Beləliklə, 2023-cü ilin oktyabr ayından Qəzzada davam edən münaqişədə ölənlərin sayı 61 369, yaralananların sayı 152 286 nəfərə çatıb.
Səhiyyə Nazirliyi həmçinin, Fələstin anklavında son 24 saat ərzində aclıqdan 11 ölüm faktının qeydə alındığını və belə ölümlərin ümumi sayının 212-yə çatdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top