“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq” – İrakli Kobaxidze


Gürcüstan Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayır.
Yeniavaz.com
xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
O, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi sülh sazişi münasibətilə tərəfləri, eləcə də ABŞ Prezidentini təbrik edib.
“Mən ABŞ və Azərbaycan prezidentlərini, Ermənistanın Baş nazirini tarixi sülh sazişinin əldə olunması münasibətilə təbrik edirəm. Gürcüstan həmişə regionda sülh və əməkdaşlıqda maraqlı olub və bundan sonra da qətiyyətlə dəstəkləyəcək”, - Kobaxidze qeyd edib.
Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan bu tarixi anı Ermənistan, Azərbaycan, bütövlükdə region və dünya üçün böyük nailiyyət kimi qiymətləndirir: “Bu uğur regionda sabitliyin və iqtisadi inkişafın yeni dövrünün başlanğıcıdır”.

DİGƏR XƏBƏRLƏR

Top