
Ukrayna Prezidenti Volodimir Zelenski 46 fiziki və 305 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, müvafiq fərmanlar Zelenskinin ofisinin saytında yerləşdirilib.
Fiziki şəxslərin siyahısında ruslarla yanaşı, Almaniya, Çin və Türkiyə vətəndaşları da var. Hüquqi şəxslərin siyahısına isə bir sıra Rusiya şirkətləri, o cümlədən Hollandiya, BƏƏ və Türkiyədə qeydiyyatdan keçmiş şirkətlər daxil eililib.