
Bu dəqiqələrdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.
Yeniavaz.com xəbər verir ki, görüş Vaşinqtonda ABŞ liderinin təşəbbüsü ilə baş tutur.
***
Görüş başa çatdı.
Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.