
Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başa çatıb.
Yeniavaz.com xəbər verir ki, Ermənistan ictimai televiziyasının məlumatına görə, danışıqlar 20 dəqiqədən bir qədər çox davam edib.
Bildirilib ki, Tramp və Paşinyan strateji əməkdaşlığın dərinləşdirilməsi məsələlərini, Ermənistanın “Dünyanın kəsişməsi” təşəbbüsünü və Bakı ilə İrəvan arasında sülh gündəmini müzakirə ediblər.
***23:06
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gedib.
Yeniavaz.com xəbər verir ki, bunu əks etdirən görüntülər KİV-də yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz