“Rusiya Ukraynada SOCAR-ın neft bazasına zərbə endirib” – KİV


“Avqustun 8-nə keçən gecə Rusiya “Şahed” PUA ilə Azərbaycanın Odessa vilayətində yerləşən SOCAR-ın neft bazasına hücum edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna”ya hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Mənbələrin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb:
“Rusiyanın zərbəsi nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.
Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.
Mənbələr qeyd edir ki, rəsmi təhqiqat məlumatları hələ açıqlanmayıb, lakin idarə olunan beş pilotsuz təyyarənin vurulduğu yer açıq şəkildə göstərir ki, neft anbarı hücumun əsas hədəfi olub.

DİGƏR XƏBƏRLƏR

Top