
Bu gün Rusiya Prezidenti Vladimir Putin Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, tədbirin əsas mövzusu regional təhlükəsizliyin təmin edilməsi məsələləri olub.
İclasda Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev və FSB rəhbəri Aleksandr Bortnikov mövzu ilə bağlı məruzələrini təqdim ediblər.
Xatırladaq ki, Vladimir Putin sonuncu dəfə iyulun sonunda Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib. Sonuncu görüşdə prezident Təhlükəsizlik Şurasının üzvləri ilə dəniz siyasətinin təkmilləşdirilməsi və vahid səsvermə gününə hazırlıq məsələlərini müzakirə edib.
Tətbiqimizi yükləyə bilərsiniz