
İranda Tehran-Kirman reysi üzrə hərəkət edən qatar Siriz şəhəri yaxınlığında relsdən çıxaraq aşıb.
Yeniavaz.com İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə Zərənd şəhərinin rəhbəri Seyid Rza Hüseyninejad məlumat verib.
Məlumata görə, qatarda 450 sərnişin olub.
Onun sözlərinə görə, qatarın sərnişinləri bir neçə avtobusla Zərənd və Kirman şəhərlərinə yola düşüblər.
Seyid Rza Hüseyninejad xilasetmə qüvvələrinin hadisə yerində olduğunu və qəzanın səbəblərinin araşdırıldığını bildirib.
Digər tərəfdən, qatarın relsdən çıxması nəticəsində 30 nəfər yaralanıb.
Bu barədə İran “Qızıl Aypara” Yardım və Xilasetmə Təşkilatının rəhbəri Babək Mahmudi “Mehr” agentliyinə müsahibəsində bildirib.
Ölənlər barədə məlumat veilməyib.
Qeyd edək ki, Zərənd şəhəri Kirman vilayətinin mərkəzindən 80 kilometr şimalda yerləşir.