“Real Madrid” onunla da müqaviləni uzatmaq istəyir


İspaniyanın “Real Madrid” klubu 21 yaşlı mərkəz hücumçusu Qonsalo Torreslə müqaviləsini 2030-cu ilə qədər uzatmaq niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Məlumata görə, Madrid klubu onun müqaviləsindəki satın alma maddəsini 1 milyard avroya qədər artırmaq istəyir.
Halbuki hazırda bu rəqəm 50 milyon avroya bərabərdir.
Nəşrin yazdığına görə, artıq hər iki tərəf şərtlərlə razılaşıb.
Qeyd edək ki, Torresə İngiltərə çempionatının klubları da ciddi maraq göstərir.
Xatırladaq ki, “Transfermarkt” portalında verilən məlumata görə, 21 yaşlı forvardın transfer qiyməti 8 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top