
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Qəzza zolağına nəzarət etmək niyyətində deyil.
Yeniavaz.com xəbər verir ki, Netanyahu bu barədə “Fox News”a müsahibəsində bildirib.
“Biz Qəzza zolağına nəzarət etmək istəmirik. Bizi təhdid etmədən və Qəzza xalqına yaxşı həyat təmin edərək onu düzgün idarə edəcək ərəb qüvvələrinə təhvil vermək istəyirik”, - baş nazir bildirib.
O vurğulayıb ki, İsrail Zolağı saxlamaq istəmir, lakin özü üçün təhlükəsizlik perimetrini təmin etmək niyyətindədir. Netanyahu əlavə edib ki, belə bir planın həyata keçirilməsi HƏMAS dövründə mümkün deyil.