“Şahdəniz” yatağında qaz hasilatı dəyişməz qalıb


Bu ilin ilk yarısında “Şahdəniz” yatağındakı “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və 2 milyon tondan çox kondensat hasil edilib.
Yeniavaz.com
“BP-Azərbaycan” şirkətindən verilən məlumatlara istinadla bildirir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatında heç bir dəyişiklik olmayıb.
Bu il olduğu kimi, ötən ilin ilk yarısında da “Şahdəniz” yatağından 14 milyard standart kubmetr qaz və 2 milyon tondan çox kondensat hasil edilib.
Məlumatda qeyd olunur ki, bu ilin ilk yarısında “Şahdəniz” üzrə fəaliyyətlərə təxminən 1 milyard 282 milyon dollar əməliyyat xərcləri və təxminən 472 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat xərcləri 31 milyon, əsaslı xərclər isə 65 milyon dollar artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top