
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya ilə ABŞ arasında keçirilə biləcək sammit üçün uyğun və əlverişli məkanlardan biridir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Bildirilir ki, Putin bu fikri Kreml sarayında BƏƏ Prezidenti ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
“Bu cür tədbirin təşkilində bizə kömək etməyə hazır olan çoxlu dostlarımız var. Dostlarımızdan biri də BƏƏ prezidentidir”, – deyə Putin vurğulayıb.
Xatırladaq ki, növbəti həftə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın görüşü planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz