
Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını oxuyacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında yazıb.
“Mən Mel Robbinsin “The Let Them Theory” kitabını bitirdim. Bu əsər dünyanın 50 dilinə tərcümə olunub və cəmi altı ay ərzində təxminən 6 milyon nüsxə satılaraq 2025-ci ilin bestselleri olub.
Bu gün isə Çin Xalq Respublikasının Sədri Si Cinpinin “The Governance of China” adlı kitabına başladım. Düşünürəm ki, bu kitabı “The Let Them Theory” ilə müqayisədə daha yavaş oxuyacağam. Amma qarşıma məqsəd qoymuşam ki, onu avqustun sonuna qədər tamamlayım.
Si Cinpinin kitabını bitirdikdən sonra oxuyacağım növbəti kitab Rəcəb Tayyib Ərdoğanın “Daha ədalətli bir dünya mümkündür” adlı əsəri olacaq”, - deyə Akopyan bildirib.
O qeyd edib ki, son 2-3 il ərzində bir sıra siyasətçilərin və siyasi çevrəyə yaxın müəlliflərin kitablarını oxuyub.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dəki “Türk Evi”ndə Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etmiş, öz kitabını ona hədiyyə etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz