
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları başa çatıb.
Yeniavaz.com xəbər verir ki, avqustun 6-da daha 6 qarşılaşma keçirilib.
Azərbaycanda da geniş azarkeş kütləsinə sahib olan Türkiyənin “Fənərbağça” klubu səfərdə Niderland təmsilçisi “Feyenord”a 2:1 hesabı ilə məğlub olub.
“Qarabağ”ın pley-off mərhələsində potensial rəqiblərinin – “Ludoqorets”lə “Ferentsvaroş”un görüşü isə qolsuz heç-heçə iə yekunlaşıb.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində ötən gecə baş tutan görüşlərin nəticələri belə olub:
“Kayrat” (Qazaxıstan) – “Slovan” (Slovakiya) 1:0;
“Zalsburq” (Avstriya) – “Brügge” (Belçika) 0:1;
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) 0:0;
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) 1:3;
“Feyenoord” (Niderland) – “Fənərbağça” (Türkiyə) 2:1;
“Nitsa” (Fransa) – “Benfika” (Portuqaliya) 0:2.
Tətbiqimizi yükləyə bilərsiniz