
Qəzzadakı ərzaq böhranı fonunda qida çatışmazlığından ölənlərin sayı 96-sı uşaq olmaqla 193-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qəzza zolağında xəstəxanalar son 24 saat ərzində aclıq və qida çatışmazlığından 5 ölüm faktını qeydə alıb. Onlardan biri uşaqdır. Bununla da aclıqdan ölənlərin sayı 193-ə çatıb ki, onlardan 96-sı uşaqdır”, - məlumatda deyilir.
Qəzza zolağı rəsmilərinin son məlumatlarına görə, İsrail fələstinlilərə əhalinin ehtiyaclarının təxminən 14%-ni əhatə edən humanitar yardımın çatdırılmasını qismən bərpa etdikdən sonra iyulun 27-dən etibarən 769 yük maşınının yarımeklav ərazisinə daxil olmasına icazə verib. Qəzza zolağı administrasiyası iddia edir ki, yük maşınlarının əksəriyyəti İsrail hərbçilərinin razılığı ilə talan edilir.