
Braziliyalı “Santos”un hücumçusu Neymar Braziliya millisinə qayıtmağa hazırdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
“Şadam ki, yaxşı oyun keçirdik, qalib gəldik. Hər kəs mənim nəyə qadir olduğumu bilir. Yığma üçün hazıram, özümü yaxşı hiss edirəm. Qərarı millinin məşqçilər korpusu verəcək”, - Neymar bildirib.
Qeyd edək ki, Braziliya çempionatının 18-ci turunun matçında Neymar dubla imza atıb, “Santos” “Yuventude”ni 3:1 hesabı ilə məğlub edib.
Bu mövsüm Neymar 9 matçda 3 qol vurub.
Tətbiqimizi yükləyə bilərsiniz