
ABŞ Prezidenti Donald Tramp Hindistandan gətirilən mallara əlavə gömrük rüsumlarının tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, qərar Ağ Evin saytında dərc edilib.
Sənədə əsasən, yeni rüsumlar (əvvəllər Tramp tərəfindən tətbiq edilənlərdən əlavə) 25% təşkil edəcək.
Tramp qeyd edib ki, Hindistan Rusiyadan neft almağa davam etdiyi üçün bu qərarı verib.
Xatırladaq ki, Tramp avqustun 8-dək Moskva Ukraynada hərbi əməliyyatları dayandırmasa, Rusiya neftini alan ölkələrin mallarına rüsum tətbiq edəcəyi ilə hədələyib.
Hindistan Rusiya neftinin dünyada Çindən sonra ikinci ən böyük alıcısıdır. Son bir neçə gün ərzində Tramp dəfələrlə Hindistanı rüsumlarla hədələyib, lakin bu kontekstdə heç vaxt Çini açıq şəkildə qeyd etməyib.
Hindistan hökuməti qeyri-rəsmi olaraq alışları dayandırmağı planlaşdırmadıqlarını bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz