
Rusiyanın Odessa vilayətinə endirdiyi zərbələrin mümkün hədəfi məlum olub.
Yeniavaz.com Teleqram kanallarına istinadla xəbər verir ki, Rusiyanın “Geran” tipli kamikadzeləri İzmail rayonunda yerləşən Orlovka və Novoselskoye qəsəbələri ərazisində bir sıra obyektlərə zərbələr endirib.
İlkin məlumatlara görə, hədəflərdən biri Rumıniya, Yunanıstan və Türkiyədən Ukraynaya qazın əks axınına imkan verən Orlovka qaz-kompressor stansiyası olub.
Regional Hərbi Administrasiyanın rəhbəri Oleq Kiper Bakı vaxtı ilə saat 00:08-də dronların hücum təhlükəsi barədə məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələrinin fəal işinə baxmayaraq, qaz infrastrukturuna ziyan dəyib. Hücum zamanı baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
“Hazırda qazın sistemdən buraxılması istiqamətində işlər aparılır. İstehsalat avadanlığı yanğın nəticəsində sıradan çıxıb. Nəticələrin aradan qaldırılması istiqamətində işlər davam edir. Bütün səlahiyyətli xidmətlər hadisə yerində işləyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalıların mülki şəxslərə qarşı törətdiyi növbəti cinayətin izini qeydə alır”, - Regional Hərbi Administrasiyanın rəhbəri bildirib.
Qeyd edək ki, sözügedən stansiya Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsidir. Hansı ki, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur.
Tətbiqimizi yükləyə bilərsiniz