
Bu ilin ilk yarısında Azərbaycanda ümumi sahəsi 1 milyon 830 min 501 kv. metr olan 12 min 955 mənzildən ibarət yaşayış evləri tikilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, yanvar-iyun ayları ərzində yaşayış evlərinin tikintisinə 1 milyard 333 milyon 544,5 min manat vəsait sərf olunub.
Açıqlanan məlumatlar əsasında apardığımız hesablama göstərir ki, 2024-cü ildə ölkədə yaşayış evinin 1 kv. metrinə orta hesabla 728,5 manat xərclənib.
Qeyd edək ki, ötən illə müqayisədə Azərbaycanda yaşayış evinin 1 kv. metrinə sərf olunan vəsait 360,5 manat və ya 33% azalıb.
Müqayisə üçün bildirək ki, 2024-cü ildə Azərbaycanda yaşayış evinin 1 kv. metrinə orta hesabla 1 089 manat, 2023-cü ildə 387 manat, 2022-ci ildə 357 manat, 2021-ci ildə isə 508 manat sərf olunub.
Elnur Əli