
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu mərkəz hücumçusu Darvin Nunyeşin transferi üçün İngiltərənin “Liverpul” klubu ilə razılığa gəlib.
Yeniavaz.com xəbər ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, hazırkı mərhələdə “Əl-Hilal” təklifi qəbul etməyə yaxın olan futbolçu ilə danışıqlar aparır.
Qeyd edək ki, Darvin Nunyeş 2022-ci ildə “Liverpul”a keçib. Uruqvaylı forvard ötən mövsüm İngiltərə Premyer Liqasında 30 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.